26 Fevral — Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən ədəbi-bədii kompozisiya Prezident mükafatçıları Cahangir Qurbanovun və xormeyster İlhamə Şirəliyevanın rəhbərliyi ilə təqdim edilib.
Kompozisiyada teatrın aktyorları tərəfindən faciənin dəhşətlərini əks etdirən səhnəciklər nümayiş olunub.
Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestrinin müşayiəti ilə Prezident mükafatçıları İlkin Abdullayev, skripkada Cahangir Qurbanovla yanaşı pianoda Əli Həsənov və Zeynəb Səfərova, tarda isə İlqar Allahverdiyevin ifalarında “Qalib sərkərdə”, “Gnossienne”, “Lay-lay”, “Düşüncə” və digər musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, Kompozisiya çərçivəsində nümayiş olunan səhnəciyin rejissoru Mir Qabil Əkbərov, plastik həllin quruluşçu müəllifi isə İsmayıl Mirzəcanov olub.
Ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanaraq alqışlarla yekunlaşıb.