“27 sentyabr Anım Günü” nə həsr olunan tədbir keçirilib.
Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” nə həsr olunan tədbir keçirilib.
Tədbiri əvvəlcə Kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd etdi ki, “ Anım Günü ” bizə şəhidlərimizin göstərdiyi igidliyi, vətənə sevgini və milli birliyi xatırladır. Bu gün minlərlə qəhrəmanımızın fədakarlığını yad edir, onların şücaətindən ilham alırıq. Şəhidlərin igidliyi yalnız tarixi bir hadisə deyil, həm də hər birimizin qəlbində əbədiləşən örnəkdir.
Sonra Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigar çıxış edərək bildirib ki, “ Anım günü ” yalnız tariximizin səhifələrini xatırlamaqla kifayətlənmir, o həm də hər birimizin qəlbində vətən sevgisi və milli birliyin alovudur. Onların fədakarlığı yalnız döyüş meydanında deyil, hər birimizin içində vətənə bağlılıq, məsuliyyət və qəhrəmanlıq nümunəsi kimi yaşayır.
Həmçinin tədbir iştirakçıları Mirkərim Həsrət, Alməmməd Eldaroğlu, Məftunə Hüseynbəyli, Əzizə Həsənova, Ramiz Babayev, Zeyqəm Vüqar, Ünbülbanu Musayeva, Ayxan Hüseynli, Ayxan Qəribov və oxucular “ Anım Günü ” nə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda video slayta və sərgiyə baxış keçirilib.