Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

28 iyun tarixində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 2024-2025-ci il teatr mövsümünün bağlanış mərasimi keçirilib

Tədbirin açılış nitqində çıxış edən teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərov ötən teatr mövsümü ilə müqayisədə 2024-2025-ci il teatr mövsümünün daha məhsuldar keçdiyini qeyd edib. Sonra isə S.Bekketin "Qodonun intizarında" əsəri əsasında hazırlanan absurd tamaşası təqdim olunub.
Tamaşadan sonra teatrın həyata keçirdiyi "Teatr çələngi" adlı layihədə iştirak edən xalq teatrları və müxtəlif yaradıcı kollektivlər də xüsusi qeyd olunub. Teatr mövsümündə fəal iştirak edən yaradıcı, texniki heyyətə və teatrın inkişafına xüsusi dəstək verdiyi üçün "Naxçıvan Xəbərləri" informasiya agentliyinə təşəkkürnamə təqdim olunub.
Tədbirdə çıxış edənlər 2024–2025-ci il teatr mövsümündə nümayiş olunan tamaşaların uğurla qarşılandığını vurğulayaraq regionlarda teatr fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkiblər