Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib

Cəmşid Naxçıvanski Muzeyində 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümü münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik məfkurəsidir” adlı tədbir keçirilib.
Tədbiri muzeyin direktoru Abasət Nuriyev açaraq bildirib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olmaqla yanaşı, bütün Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə düşüb. Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC demokratik idarəçilik, insan hüquqları, milli ordu quruculuğu və təhsil sahəsində mühüm addımlar atıb.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanovun “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət konsepsiyasında Naxçıvan” və Muzeyin baş elmi işçisi Səyyar Məmmədovun “Cümhuriyyətimiz və onun Azərbaycan tarixindəki izi” mövzularında çıxışları olub. Çıxışlarda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli maraqlarını əsas tutaraq müstəqil dövlətçilik ənənələrinin formalaşmasına böyük rol oynayıb.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorlarının təqdimatında Azərbaycan və Vətənpərvərlik mövzularında şeirlər bədii qiraət olunub.
Sonda muzeyin ekspozisiyasına baxış olub.