Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

4 günlük Naxçıvan Kitab Sərgisinə hazırsınız?

Əziz oxucular, sizi 8-11 may tarixlərində Naxçıvan şəhəri Saat Meydanında keçiriləcək ˝BOOKFEST˝ Naxçıvan Kitab Sərgisinə dəvət edirik!

Sərgidə bir çox tanınmış yazıçılarla görüşlər, imza saatları, maraqlı müzakirələr, endirimli kitablar sizi gözləyir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və ˝TEAS Press˝ Nəşriyyat evinin təşkilatçılığı ilə keçiriləcək kitab sərgisində iştirak ödənişsizdir.

˝FERO BAND˝ hər gün saat 18:30-da bir-birindən gözəl ifalarla ˝BOOKFEST˝də olacaq.

Sərginin keçirilməsində göstərdikləri dəstəyə görə sponsorlarımıza və media tərəfdaşlarımıza öncədən təşəkkür edirik.

Sərgi 8-11 may tarixlərində 10:00-dan 20:00-dək davam edəcək!

Ünvan: Naxçıvan şəhəri Saat Meydanı (Nağı Əliyev küç.1)