Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

8 Noyabr Zəfər günü ərəfəsində “Şəhidlər Zirvəsi” adlı tədbir keçirilib.

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində keçirilən tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şanlı Zəfər tariximiz olan Vətən müharibəsində Ordumuzun qazandığı parlaq qələbədən ətraflı bəhs ediblər. Vurğulanıb ki, biz qələbə sevincini öz xalqına yaşadan müzəffər ordumuza borcluyuq.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının solistləri - Hüseyn Qasımov və Məhərrəm Quliyev tərəfindən müxtəlif musiqi nömrələri səsləndirilib.
Sonra antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanlarımızın ailələrinə plaketlər təqdim olunub.
Sonda xatirə fotosu çəkilib.