Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında 13 sentyabr 2024-cü il tarixdə “Kitab və mütaliənin mənəvi inkişafımızda rolu” mövzusunda oxucularla "Mütaliə günü" ilə bağlı tədbir keçirilib

   Tədbiri əvvəlcə Kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd edib ki, bu gün cəmiyyətdə insan amilinin formalaşmasında, fərdin şəxsiyyətə çevrilməsində mədəniyyətin tərkib  hissəsi olan kitab və kitabxanaların rolu böyükdür. Çünki kitabxanalar milli mədəni sərvətlərin qorunub saxlamasında və gələcək nəsillərə ötürülməsində, insanların təfəkkür səviyyəsinin formalaşmasında, elmli, intelektli gənc nəslin yetişməsində böyük rol oynayır.

    Sonra Kitabxananın Xidmət şöbəsinin böyük kitabxanaçısı Zərri Məmmədova “Kitab və mütaliənin mənəvi inkişafımızda rolu” adlı çıxışında bildirib ki, kitabın bəşər tarixinə verdiyi fayda, insanlığa göstərdiyi xidmət heç bir əmsalla ölçülə bilməz. Kitab müxtəlif insanların düşüncələrini vəhdət halında birləşdirən və onlar arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür.

    Sonda video slayta baxış keçirilib.