Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Yayın sehrli səhifələri” layihəsi çərçivəsində “Balacalarla dünya mədəniyyətinə səyahət” adlı növbəti master-klass keçirilib.

Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini Kəmalə Həsənova açaraq uşaqların dünya mədəniyyəti və ədəbiyyatı ilə tanış olmasının, müxtəlif xalqların adət-ənənələri, milli xüsusiyyətləri və mədəni irsi haqqında məlumat əldə etməsinin əhəmiyyətindən danışıb.
Master-klass çərçivəsində ilk olaraq “Dünya ədəbiyyatı incilərini tanıyaq” adlı hissədə uşaqlar müxtəlif nağıl qəhrəmanlarını canlandırıblar. İştirakçılar sevdikləri nağıl qəhrəmanlarının obrazlarına uyğun çıxışlar edərək səhnəciklər nümayiş etdirib, öz yaradıcılıq və təqdimat bacarıqlarını göstəriblər.
Daha sonra “Ölkələri tanıyaq” adlı hissədə maraqlı və interaktiv oyun keçirilib. Xüsusi qutudan müxtəlif ölkələrə aid bayraqlar çıxarılıb və uşaqlar həmin bayraqların hansı ölkəyə məxsus olduğunu tapmağa çalışıblar. İştirakçılar həm biliklərini nümayiş etdirib, həm də oyun vasitəsilə müxtəlif ölkələrin bayraqları ilə tanış olublar.
Master-klass “Dünya xalqlarının rəqsləri” adlı maraqlı hissə ilə davam edib. Uşaqlara müxtəlif xalqların milli rəqsləri nümayiş etdirilib, onların musiqi və rəqs mədəniyyəti haqqında məlumat verilib. İştirakçılar rəqsləri böyük maraq və həvəslə izləyərək dünya xalqlarının mədəni müxtəlifliyi ilə tanış olublar.
Tədbirin sonunda “Maraqlı və interaktiv oyunlar” təşkil olunub. Uşaqlar müxtəlif oyun və tapşırıqlarda fəal iştirak edərək diqqət, çeviklik və yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər. İnteraktiv oyunlar iştirakçıların həm əyləncəli vaxt keçirməsinə, həm də xoş anlar yaşamasına şərait yaradıb.
Sonda tədbirdə fəal iştirak edən uşaqlara hədiyyələr təqdim olunub. “Balacalarla dünya mədəniyyətinə səyahət” adlı master-klass uşaqların dünyagörüşünün genişlənməsinə, mütaliəyə və müxtəlif xalqların mədəniyyətinə marağının artırılmasına, asudə vaxtlarının səmərəli və əyləncəli təşkilinə töhfə verib. Tədbir uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb.