Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında "Yayın sehrli səhifələri" layihəsi çərçivəsində "Vətənin balaca qəhrəmanları" adlı ikinci master-klass keçirilib

Şəhid və qazi ailələrinin övladları, eləcə də digər uşaqların iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov açaraq uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasının, milli-mənəvi dəyərlərə bağlı böyüməsinin və mütaliəyə marağının artırılmasının əhəmiyyətindən bəhs edib. 

Master-klass çərçivəsində uşaqlar üçün "Sehrli Nağıl Sandığı" adlı maraqlı fəaliyyət təşkil olunub. Balaca iştirakçılar sandıqdan seçdikləri əşyalar vasitəsilə nağıl qəhrəmanlarını tanıyıb, oxuduqları nağıllar haqqında fikirlərini bölüşüblər.

 Daha sonra uşaqların təqdimatında "Qəhrəmanlarımızın əmanəti" adlı səhnəcik nümayiş olunub. Səhnəcikdə Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı, onların gələcək nəsillərə miras qoyduğu vətən sevgisi, birlik və həmrəylik kimi ali dəyərlər bədii şəkildə canlandırılıb.

Tədbir "Kitab Dünyasına Səyahət" adlı maarifləndirici hissə ilə davam edib. Burada uşaqlar müxtəlif uşaq ədəbiyyatı nümunələri ilə tanış olub, kitablar haqqında sualları cavablandırıblar. Master-klass çərçivəsində uşaqların iştirakı ilə "Bütöv Azərbaycan" adlı səhnəcik də nümayiş etdirilib. Səhnəcikdə xalqımızın milli birliyi, vətən sevgisi, dövlətçilik ənənələri və torpaqlarımızın bütövlüyü mövzuları bədii formada təqdim olunub.

Tədbirin əyləncəli hissəsində "Sual dolu şarlar" və "Maraqlı Oyunlar Dünyası" adlı interaktiv oyunlar keçirilib. Uşaqlar müxtəlif mövzularda hazırlanmış sualları cavablandıraraq öz biliklərini nümayiş etdiriblər.   

Sonda tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Master-klass uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, kitaba və mütaliəyə marağın artırılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub və iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.