Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Adil Babayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Təzədən doğulur şair ölən gün” adlı tədbir keçirilib

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında şair, dramaturq, publisist  A.Babayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Təzədən doğulur şair ölən gün”  adlı  tədbir keçirilib.
 Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri üzrə iş şöbəsinin müdiri Pərvin Həsənov açaraq qeyd edib ki, Adil Babayev, müasir Azərbaycan poeziyasının önəmli nümayəndələrindən biri olub, yaradıcılığı ilə oxucuları düşündürən və dərin fəlsəfi məsələlərə toxunan bir şairdir. O, ədəbiyyatın yalnız gözəl ifadə vasitəsi deyil, həm də cəmiyyətin, insanın daxili dünyasının və mənəvi inkişafının əks olunduğu bir sahə olduğunu vurğulamışdır.                                                            
  Tədbirdə Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigar  “A.Babayevin yaradıcılıq yolu ” adlı çıxışında  bildirib ki, A.Babayevin poeziyası, müasir Azərbaycan şeirinin incə və fəlsəfi tərəfini əks etdirən, eyni zamanda cəmiyyətin sosial və mədəni məsələlərinə də toxunan bir yaradıcılıqdır. Onun şeirlərində insanın öz varlığını axtarışı, həyatın mənası və bəşəri dəyərlər haqqında dərin düşüncələr təqdim olunur.                                                                                                                                    
Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Dövlət Universitetinin müəllimi Aypara Behbudova çıxış edərək diqqətə çatdırıb ki, ən əsas xüsusiyyətlərindən biri A.Babayevin insan ruhunun hər kəsə tanış olan çətinliklərini və ümidlərini sərbəst bir şəkildə dilə gətirməsidir. 
  Sonda mövzu ətrafında müzakirələr aparılıb, video slayta və sərgiyə baxış keçirilib.