Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

"Ağ və qara dillərin sirri" adlı konsert keçirilib

"Konstitusiya və Suverenlik ili" çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının102-ci ildönümünə həsr olunmuş Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdi Mərdanlı Dəniz Nurlan qızının "Ağ və qara dillərin sirri" adlı solo konserti keçirilib.
Konsertdən öncə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, musiqişünas Vüsalə Əmiyeva açaraq tədbir iştirakçılarını salamlamış və xoş dinləmələr arzu etmişdir.
Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin səsləndirildiyi konsert proqramında
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi və digər ictimaiyyət nümayəndələri iştirak edib
Konsert dinləyicilər tərəfindən alqışla qarşılanıb.
Sonda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı İmamqulu Əhmədov və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri Azər Cəfərli müəllim və şagirdləri Fəxri Fərmanlarla təltif edib.