Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Akademik Yusif Məmmədəliyevin Ev Muzeyinin yaradılmasından 50 il ötür

Ordubad şəhərində yerləşən Akademik Yusif Məmmədəliyevin Ev Muzeyinin yaradılmasının 50 illiyi ilə bağlı tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Pərvin Həsənov açaraq qeyd edib ki, Yusif Məmmədəliyevin ev muzeyi 1975-ci ildə  Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə, alimin qazandığı misilsiz elmi naliyyətlərinin uğuru nəticəsində 70 illiyi münasibətilə  yaradılmışdır.
Bu gün Yusif Məmmədəliyevin Ev Muzeyinin yaradılmasının 50 illik yubileyinin keçirilməsi xalqımızın öz tarixinə, Azərbaycan elminə hörmətinin göstəricisidir, çünki bu  şəxsiyyət elmimizin simvolu hesab oluna bilər.
Daha sonra  Ordubad Rayon Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədov  çıxış edərək vurğulayıb ki, xalqımız Yusif Məmmədəliyev kimi elm xadimləri ilə tanınır və fəxr edir.
Tədbirdə çıxış edən Akademik Yusif  Məmmədəliyevin Ev Muzeyinin direktoru Elvira İbrahimova diqqətə çatdırıb ki, Yusif Məmmədəliyevin alimliyi həm geniş nəzəri xarakter, eyni zamanda daha çox əməli, tətbiqi xarakter daşıyır. O, nəzəriyyəni təcrübə ilə birləşdirən, onu tətbiq edə bilən və əməli nəticə götürən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən alim olmuşdur. 
Görkəmli alim heç vaxt unudulmayacaq, Azərbaycan xalqının tarixindəki yeri daim görünəcək.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.