Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

AMEA Naxçıvan Bölməsində Möminə xatun türbəsinin dam örtüyünün quruluşu ilə bağlı müzakirə aparılıb

Görüşdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Möminə xatun türbəsinin bərpa və konservasiyası istiqamətində görülmüş işlərdən bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyev ötən il mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Möminə xatun türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib. Müqaviləyə əsasən, ötən il Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin işçi heyəti Naxçıvana gəlib və abidənin ətrafında ilkin infrastrukturun qurulması işlərinə başlanılıb.

Görüşdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Möminə xatun türbəsinin milli tariximiz və memarlığımız üçün müstəsna əhəmiyyətindən danışıb. Akademik bərpa prosesində abidənin tarixiliyinin qorunub saxlanılmasının və onun ilkin formasına uyğun bərpa edilməsinin vacibliyini xüsusi diqqətə çatdıraraq, gələcəkdə görüləcək işlərlə bağlı təkliflərini səsləndirib. 

Layihəni icra edən “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri və təsisçisi, alman mütəxəssis Erich Pumer də görülən işlər barədə məlumat verib. Möminə Xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı hazırladıqları layihəni  təqdim edib. Qeyd edib ki, Möminə xatun türbəsinin bərpası və konservasiyası layihəsi olduqca əhatəli hazırlanıb. Bununla belə, abidənin beynəlxalq restavrasiya standartlarına  tam uyğunluğunun təmin edilməsi və onun tarixi orijinallığının qorunaraq saxlanılmasının vacibliyini vurğulayıb.  
Görüşdə AMEA Naxçıvan Bölməsi əməkdaşları mövzu ətrafında fikirlər səsləndirib, abidənin bərpası və konservasiyası ilə bağlı müxtəlif illərə aid tarixi nümunələr və arxiv sənədləri əsasında hazırlanmış təkliflər irəli sürülüb.