
Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyata alınması xidməti Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Bu xidmət, arxeoloji qazıntıların qanunla müəyyən edilmiş qaydada aparılmasına və elmi tədqiqatların həyata keçirilməsinə yönəlib.
Xidmətin hüquqi əsası:
⚖️ “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu”nun 40.4-cü maddəsi
⚖️ “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”nun 20-ci maddəsi
⚖️ Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamənin 3.2.6-cı maddəsi.
Arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə elmi tədqiqat işlərini yerinə yetirən şəxslər xidmət barədə ətraflı məlumatı Nazirliyin rəsmi saytı və Dövlət Xidmətləri Portalına daxil olaraq əldə edə bilərlər.