Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Azərbaycan bəstəkarlarının opera və balet yaradıcılığı” mövzusunda lektoriya keçirilib

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri və Xor kollektivi “Azərbaycan bəstəkarlarının opera və balet yaradıcılığı” mövzusunda keçirilən lektoriyada uğurlu konsert proqramı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında çıxış edib.
Konsert orkestrin dirijoru və bədii rəhbəri, Prezident mükafatçısı Cahangir Qurbanovun və xormeyster İlhamə Şirəliyevanın rəhbərliyi ilə təqdim olunub.
Kamera orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev, Prezident mükafatçısı İlkin Abdullayevlə yanaşı Emin Hüseynovun ifalarında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası, Nigarın ariyası, Koroğlunun ariyası, Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyası, “Koroğlu” operasından Final səhnəsi və digər musiqi nömrələri səsləndirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.