Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Azərbaycan Dövlət Akademik Filarmoniyasında muxtariyyətin 100 illiyi ilə bağlı keçirilən konsertin izləyiciləri fikirlərini əməkdaşımızla bölüşüb

Xəbər verdiyimiz kimi fevralın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Naxçıvan incəsənət ustalarının konsert proqramı təşkil olunub. “Şərq qapısı” qəzetinin Bakı şəhərinə ezam olunmuş əməkdaşı Aidə İbrahimova konsert iştirakçılarının fikirlərini öyrənib, onlardan müsahibə alıb.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov: – Bildiyimiz kimi 30 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin  ölkəmizdə qeyd olunması üçün Sərəncam imzalamışdır. Bu Sərəncamın işığında bütün ölkəmizdə muxtar respublikanın 100 illik yubileyi qeyd olunur. Təbiidir ki, ölkəmizdə 7 fevralda keçirilmiş prezident seçkilərində xalqımızın Heydər Əliyev yoluna, Prezident İlham Əliyev şəxsiyyətinə göstərdiyi etimad fonunda bu yubiley keçirilir. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi bir tərəfdən müstəqil Azərbaycan dövlətinin muxtar respublikamıza olan qayğısının təzahürüdürsə, digər tərəfdən muxtar respublikanın elmi, mədəni mühitinin bütün respublikamız ərazisində təbliğinə xidmət edir. Ona görə də bu 100 illik çərçivəsində, Bakı şəhərində xüsusi konsert proqramının təşkil olunması da mühüm əhəmiyyət daşıyır. Xalqımız böyük bayram əhvali-ruhiyyəsindədir. Hesab edirəm ki, keçirilən bu konsert proqramı da, çox uğurla başa çatdı.

Xalq artisti Ağaverdi Paşayev konsert barədə təəssüratlarını əməkdaşımızla bölüşüb. – Azərbaycan Dövlət Akademik Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı gözəl bir konsert proqramı həyata keçdi. Ən əsas onu deyim ki, burada çıxış edən ifaçılar Naxçıvandan gəlmiş, əksərən, əməkdar və tanınmış ifaçılardı. Onlar Bakıya Dövlət Akademik Filarmoniyasına qonaq buyurublar və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibəti ilə gözəl bir konsert proqramıyla çıxış etdilər. Mən əminəm ki, bu proqram hələ bir başlanğıcdır. Qismət olsa bu proqramla Gəncədə də, Sumqayıtda da və nəhayət, Naxçıvanda da çıxış edəcəyik. Proqramda əsasən Azərbaycanın görkəmli bəstəkarları – Ramiz Mirişli, Süleyman Ələsgərov, Firəngiz Babayeva, Nazim Quliyev, Hacı Xanməmmədov və digər tanınmış bəstəkarlarların bəstələri ifa olundu.

Aidə İBRAHİMOVA