Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tərəfindən “Müsyö Jordan, alim-botanık və dərviş Məstəli şah, məşhur sehrbaz” əsəri əsasında hazırlanmış tamaşa Naxçıvanda nümayiş olunub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının 143 illiyinə həsr olunmuş “Şərqin qapısı” teatr festivalı uğurla davam edir.
Festivalın ikinci günündə S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tərəfindən böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan, alim-botanık və dərviş Məstəli şah, məşhur sehrbaz” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Aleksandr Şarovskidir. Səhnə əsəri festival iştirakçıları və teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Tamaşada əsas rolları xalq artistləri Mabud Məhərrəmov (Müsyö Jordan), Fuad Osmanov (Məstəli şah), Səfa Mirzəqasımov (Hatəmxan ağa), Natalya Şarovskaya (Şəhrəbanu xanım), əməkdar artistlər Həcər Ağayeva (Şərəfnisə xanım), Tamilla Abutalıbova (Gülçöhrə), Murad Məmmədov (Şahbaz bəy), İnna İmranova (Xanpəri), Salman Bayramov (Qulaməli), həmçinin aktyorlar Rüfət Əliyev, Rəşad Əliyerov, Tamerlan Abdullayev, Fərid Hüseynov, Zaur Terequlov, Ramil Əliyev, Sabina Məmmədova-Qasımzadə, Olesya Qasımova, Gövhər Şahbanova, Dilyarə Nazarova və Səma Vəliyeva ifa ediblər.
Klassik dramaturgiyanın müasir səhnə həlli ilə təqdim olunduğu tamaşa festival proqramına xüsusi rəng qataraq tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.