Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin əməkdaşı təltif olunub

22 iyul – Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Məmməd Hüseynli səmərəli və peşəkar fəaliyyətinə görə Nazirliyin Fəxri Fərmanı ilə təltif olunub.

Məmməd Hüseynli göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək, bu təltifin onun üçün böyük məsuliyyət yaratdığını bildirib. O vurğulayıb ki, bundan sonra da mədəniyyət sahəsində həyata keçirilən layihə və tədbirlərin ictimaiyyətə operativ, dolğun və obyektiv şəkildə çatdırılması, dövlət informasiya siyasətinin prinsiplərinə uyğun fəaliyyətin davam etdirilməsi istiqamətində öz vəzifələrini məsuliyyətlə yerinə yetirəcək.