Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mədəni və yaradıcı sənaye (MYS) sahəsi üzrə hüquqi şəxslər (qeyri-hökumət təşkilatları istisna olmaqla) üçün qrant müsabiqəsi elan edib.

Müsabiqənin məqsədi mədəniyyət xidmətlərinin, mədəni və yaradıcı sənaye sahələrinin inkişafını və keyfiyyətinin artırılmasını dəstəkləmək, innovativ fəaliyyət və tədqiqatları stimullaşdırmaq, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişafına və mədəniyyət sahəsində maarifləndirməyə töhfə verməkdir.

Müsabiqə çərçivəsində kiçik, orta və böyük olmaqla üç kateqoriya üzrə qrantlar ayrılır. Kiçik qrantların məbləği 15 000 manatadək, orta qrantların məbləği 15 000 manatdan yuxarı və 50 000 manatadək, böyük qrantların məbləği isə 50 000 manatdan yuxarı müəyyən edilib.

Layihələr milli məzmunlu yaradıcı məhsulların hazırlanması (animasiya, oyun texnologiyaları, memarlıq, musiqi, teatr, dəb və dekorativ-tətbiqi sənət), davranış mədəniyyəti üzrə maarifləndirmə, mədəniyyət və yaradıcılıq sənayeləri (MYS) sahəsində rəqəmsallaşma və innovasiya, tədqiqat və elmi-metodiki fəaliyyət, dublyajın dəstəklənməsi, eləcə də regionlarda MYS sahəsinin inkişafı istiqamətlərini əhatə etməlidir.

Müraciətlərin qəbulu noyabrın 6-dan 26-dək mygrant.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər sayta daxil olduqdan sonra avtomatik olaraq “myculture” şəxsi kabinetinə yönləndirilir və kabinetin “e-Müraciətlər” bölməsindən müvafiq müsabiqənin adını seçərək layihələrini təqdim edə bilərlər.

Layihələrin qəbulu noyabrın 26-da saat 18:00-da başa çatacaq. Təqdim olunan layihələr 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Qiymətləndirmə nəticəsində 50 baldan aşağı nəticə göstərən layihələrə qrant ayrılmayacaq.

Məlumat və əlavə suallar üçün info@mygrant.az elektron poçt ünvanı və Azərbaycan Respubkikası Mədəniyyət Nazirliyinin 147 qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.