Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının tanınmış aktyoru Rövşən Hüseynov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Rövşən Hüseynov 1968-ci il dekabr ayının 15-dən, 14 yaşından etibarən Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. O, 1971-ci ildə A.Makayonkun “Tribunal” tragi-komediyasında canlandırdığı Volodka obrazı ilə böyük uğur qazanıb.

Sənətkar uzun illər ərzində klassik və müasir müəlliflərin müxtəlif tamaşalarında yaddaqalan obrazlar yaradıb. Son illərdə isə teatrda rejissor kimi də uğurla fəaliyyət göstərir.

Rövşən Hüseynov 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. O, 2006-cı ildə və 6 may 2023-cü ildə Prezident mükafatı ilə təltif olunub.

Qeyd edək ki, Rövşən Hüseynov Azərbaycanın Xalq artisti, görkəmli aktrisa Sofiya Hüseynovanın oğludur. O, həmçinin Azərbaycanın Xalq artisti, görkəmli teatr və kino aktyoru Rafael Dadaşovun qardaşıdır.