Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan Respublikasının Xalq artisti Sofya Hüseynovanın 100 illik yubiley tədbir keçirilib

Heydər Əliyev Sarayında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov qeyd edib ki, bu gün 100 illik yubiley münasibətilə biz təkcə bir sənətkarın xatirəsini yad etmirik. Biz bir məktəbi, bir ənənəni, sənətə sədaqətin simvolunu anırıq. Sofya Hüseynovanın yaratdığı sənət irsi gələcək nəsillər üçün qiymətli xəzinədir. Onun adı Azərbaycan mədəniyyət tarixində daim hörmətlə çəkiləcəkdir.
Nazir müavini vurğulayıb ki, belə yubileylər bizə xatırladır ki, zaman ötür, nəsillər dəyişir, amma həqiqi sənət əbədidir. Sənətkar cismən aramızda olmasa da, onun yaratdığı obrazlar,qoyub getdiyi mənəvi miras yaşamaqda davam edəcəkdir.
Tədbirdə çıxış edən Xalq artistləri - Kamran Quliyev, Yasəmən Ramazanova, Rza Xudiyev, Həsən Ağasoy, Şirzad Abutalıbov qeyd ediblər ki, Sofya Hüseynova sənətkar olmaqla yanaşı, yüksək mənəvi keyfiyyətlərə malik bir insan idi. Səhnə mədəniyyəti, kollektivə münasibəti, gənc sənətkarlara qayğısı onun xarakterinin ayrılmaz hissəsi idi.
Sofya Hüseynovanın oğlu Azərbaycan Respublikasının Xalq artisti Rövşən Hüseynov bildirib ki, bir əsrlik yubiley sadəcə zaman göstəricisi deyil. Bu, bütöv bir dövrün, bir sənət yolunun, bir ömürlük zəhmətin,xalq sevgisinin təntənəsidir. Sofya Hüseynovanın həyat və yaradıcılıq yolu Azərbaycan incəsənətinin inkişaf mərhələləri ilə sıx bağlı olmuşdur.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərov Hüseynovlar ailəsinin Naxçıvan teatrındakı 100 illik səhnə fəaliyyətindən,bu səhnə fəaliyyətinin davamlılığını qorumağdan söz açaraq bu missiyanı özünün vəzifə borcu olduğun bildirdi.
Tədbirdə Sofya Hüseynovanın Naxçıvan teatrında oynadığı tamaşalardan fraqmentlərin video formatda təqdim olunub.
Sonda H.Cavidin “Ana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşasından son səhnəsindən bir parça nümayiş olunub. Tamaşada Səlma Ana obrazını - xalq artisti Yasəmən Ramazanova ifa edib, digər rollarda isə gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, Saynur Babayev,Ələsgər Quliyev,İsmayıl Mirzəcanov çıxış ediblər.