Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Azərbaycan tarixində 20 illik İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib

14 oktyabr 2023-cü il tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə “Azərbaycan tarixində 20 illik İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Aygün Heydərli açaraq qeyd etmişdir ki, bu gün İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçilməsindən 20 il keçir. Ötən müddət ölkəmizdə ərzində demokratik inkişaf yolunda sistemli tədbirlər həyata keçirilmiş, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ciddi addımlar atılmışdır. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar, genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına zəmin yaratmışdır.

Sonra Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova Azərbaycanı qələbədən-qələbəyə aparan lider, müdrik rəhbər”, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Ruzi Süleymanov  “Azərbaycan tarixinə adı əbədi yazılmış Müzəffər Ali Baş Komandan” mövzularında çıxış edərək bildirmişlər ki, son iyirmi il Azərbaycan dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başlatdığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır. Prezident İlham Əliyevin 20 illik fəaliyyəti Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyinin ən güclü, dövlətçiliyinin ən möhtəşəm quruculuq mərhələsidir. Hansı ki, bu mərhələdə biz 30 illik işğalın tamamilə sonlandığının, separatçı ünsürlərin ölkədən təmizləndiyinin şahidi olduq.

Tədbirin sonunda Müzəffər Ali Baş  Komandan İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilmiş sənədli filmə  və “İlham Əliyev Müzəffər Ali Baş Komandan” başlıqlı sərgiyə baxış olmuşdur.

 

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

14.10.2023