Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Bəhruz Kəngərli: Bir ömürlük sənət dərsi” mövzusunda tədbir keçirilib

Bəhruz Kəngərli Muzeyində keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, realist rəssam Bəhruz bəy Kəngərlinin Azərbaycan incəsənətindəki müstəsna rolundan, onun yaradıcılığının mədəni irsimiz üçün əhəmiyyətindən danışıb. Bildirib ki, Bəhruz Kəngərli öz əsərlərində xalqın taleyini, dövrün sosial reallıqlarını, faciələrini böyük bədii ustalıqla əks etdirərək milli incəsənət tarixində silinməz iz qoyub.
Tədbirdə AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünas Əli Qəhrəmanov “Azərbaycanda ilk peşəkar teatr rəssamı: Bəhruz Kəngərli” mövzusunda çıxış edərək rəssamın Azərbaycan teatr sənətində səhnə tərtibatının və dekorasiya mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən bəhs edib. Qeyd edib ki, onun səhnə tərtibatı tamaşaların ideya-bədii təsir gücünü artırmaqla yanaşı, milli teatr rəssamlığının formalaşmasında əhəmiyyətli mərhələ hesab olunur.
Sonra Filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova “Adil Babayevin Bəhruz Kəngərliyə həsr olunmuş “Yarımçıq şəkil” pyesi” mövzusunda çıxışı ilə əsərdə rəssamın yarım qalmış taleyinin və yaradıcılıq yolunun simvolik bədii ifadə vasitələri ilə təqdim olunduğunu vurğulayıb. Bildirib ki, dramaturq pyesdə sənətkarın erkən vəfatını, həyata keçməmiş arzularını simvolizə edir. Bu əsər Bəhruz bəy Kəngərlinin zəngin irsinə göstərilən yüksək ehtiramın bədii ifadəsidir. Natiq eyni zamanda, Azərbaycan ədəbiyyatında Bəhruz Kəngərli obrazını təhlil edib.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiya zallarında nümayiş etdirilən sənət nümunələri ilə yaxından tanış olublar.