Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Bəhruz Kəngərli Muzeyində gənc rəssam Bəhruz Kəngərlinin “Bəhruz Kəngərlinin portreti” rəsm əsərinin təqdimat mərasimi keçirilib

Təqdimatı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Pərvin Həsənov bildirib ki, bu gün muzey üçün əlamətdar günlərdən biridir. Pərvin Həsənov gənc rəssam Bəhruz Kəngərliyə rəsm əsərini muzeyə təqdim etdiyinə görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin adından minnətdarlığını bildirib. Qeyd olunub ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, millət vəkili Ülviyyə Həmzəyeva “Bəhruz bəy Kəngərli ənənələri azərbaycanlı rəssamların yaradıcılığında”, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli “Gənc rəssam Bəhruz Kəngərli” mövzularında çıxış etmişlər. Tədbirdə rəssamın atası Hafiz Kəngərli və rəssam Bəhruz Kəngərli öz ürək sözlərini söyləyiblər. “Bəhruz Kəngərlinin portreti” rəsm əsərinin müəllifi Bəhruz Kəngərli çıxış edərək bildirdi ki, görkəmli rəssam Bəhruz bəy Kəngərli mənim ulu babamın dayısı oğlu olub. Məni də məhz onun şərəfinə Bəhruz adlandırıblar. Əlbəttə, ikinci Bəhruz olmaq çox çətindir. Mən bu adın məsuliyyətini hiss edirəm. Böyük rəssamın adını daşımaq fəxr olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Bəhruz Kəngərlinin mənim rəssamlıq fəaliyyətimdə böyük rolu olub”.
Daha sonra gənc rəssam Bəhruz Kəngərli özünün çəkdiyi “Bəhruz Kəngərlinin portreti” adlı rəsm əsərini muzeyə hədiyyə edib.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.