Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Bəhruz Kəngərli Muzeyində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş açıq dərs keçirilib

Dərsdə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.
Açıq dərsi muzeyin direktoru Səbinə Əlincəli açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının imzaladığı Sərəncam Konstitusiyamıza və dövlət suverenliyinə ali ehtiram və dəyərin ifadəsidir.
Açıq dərsdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı, Naxçıvan Dövlət Universitetinin “Ümumi Hüquq” kafedrasının müəllimi Yunis Xəlilov “Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin əsasıdır” mövzusunda çıxış edərək hüquqi dövlət quruculuğunda Konstitusiyanın rolu və suverenliyin bərpasının siyasi əhəmiyyətindən danışıb, milli suverenliyin bərpası və möhkəmləndirilməsi prosesindən bəhs edib.
Sonda şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.