Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Bəhruz Kəngərli Muzeyinin yaradılmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Tədbiri giriş sözü ilə Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli açaraq muzeylərin xalqın tarixi yaddaşının qorunmasında və mədəni irsin təbliğində böyük əhəmiyyətindən danışıb, müstəqil dövlətimiz tərəfindən mədəniyyət sahəsinə, xüsusilə də muzeyə göstərilən diqqət və qayğıdan bəhs edib. Qeyd edib ki, Bəhruz Kəngərli Muzeyi fəaliyyət göstərdiyi illər ərzində zəngin mədəni irsimizin qorunması və təbliği yönündə mühüm işlər görmüş, görkəmli Azərbaycan rəssamı Bəhruz bəy Kəngərlinin həyat və yaradıcılığının öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında səmərəli fəaliyyət göstərmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək, Bəhruz Kəngərlinin Azərbaycan təsviri sənətində özünəməxsus yer tutduğunu, onun yaradıcılığının gənc rəssamlar üçün sənət məktəbi, adını daşıyan muzeyin isə yeni nəslin estetik dünyagörüşünün formalaşmasına təsir edən sənət ocağı olduğunu vurğulayıb. Rəssamın əsərlərində yaşayan tarixi hadisələrin, insan talelərinin sənətkarlıqla təsvirindən və rəssamın yaradıcılığının təbliğindən danışıb, realist boyakarın gənc rəssamların yaradıcılığına təsirinin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva, Lətif Kərimov adına Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova çıxışlarında muzeyin yalnız rəssamın bədii irsini yaşadan məkan deyil, həm də yaradıcı insanların fikir mübadiləsi apardığı mədəniyyət obyekti olduğunu qeyd ediblər.
Bəhruz Kəngərli Muzeyinin baş fond mühafizəçisi Zümrüd Əhmədova “Sənət və tarixin ünvanı – Bəhruz Kəngərli Muzeyi” mövzusunda çıxış edərək, məsuliyyət və diqqət tələb edən bu sahənin inkişafı üçün sistemli şəkildə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və tanınmış rəssam Qəhrəman Tağıyev muzey kollektivini yubiley münasibətilə təbrik ediblər.