Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Bəhruz Kəngərlinin anadan olmasının 134-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Görkəmli Azərbaycan rəssamı, realist boyakarlıq məktəbinin banisi Bəhruz bəy Kəngərlinin anadan olmasının 134-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Əvvəlcə mədəniyyət və incəsənət nümayəndələri tərəfindən Rəssamlar Parkında Bəhruz Kəngərlinin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub.
Bəhruz Kəngərli Muzeyi və Naxçıvan MR Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq Bəhruz bəy Kəngərlinin Azərbaycan təsviri sənətinin təşəkkülünə verdiyi böyük töhfələrdən bəhs edib, müstəqil dövlətimiz tərəfindən muzeyə göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan MR Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva qeyd edib ki, Bəhruz bəy Kəngərlinin yaradıcılığı sonrakı nəsil rəssamlar üçün də örnək olmuş, peşəkar rəssamlığın inkişafına zəmin yaratmış, Azərbaycan təsviri incəsənətinin tarixində silinməz izlər qoymuşdur.
Sonra Bəhruz bəy Kəngərli yaradıcılığının tədqiqatçısı, sənətşünas Nizami Alıyev realist rəssamla bağlı fikirlərini bölüşüb, fırça ustasının bədii irsinin milli-mənəvi sərvətimiz, tariximiz və mədəni yaddaşımız olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqovun “Ömrünü rəsmlərdə yaşadan rəssam”, Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət kafedrasının baş müəllimi Əzizə Məmmədovanın “Bəhruz Kəngərlinin bədii irsi xalqımızın milli sərvətidir” adlı çıxışları dinlənilib.
Naxçıvanlı rəssam Qəhrəman Tağıyev tərəfindən çəkilmiş “Bəhruz bəy Kəngərlinin portreti” adlı rəsm əsəri Bəhruz Kəngərli Muzeyinə hədiyyə olunub.
Sonda qonaqlar muzeyin ekspozisiya zallarında sərgilənən dəyərli sənət nümunələri ilə yaxından tanış olublar.