Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Bəhruz Kəngərlinin anım günü ilə bağlı tədbir keçirilib

Bəhruz Kəngərli Muzeyində rəssamın anım gününə həsr olunmuş “Bəhruz Kəngərli işığında” adlı tədbir keçirilmişdir. Tədbiri muzeyin direktoru S.Əlincəli açaraq Bəhruz bəy Kəngərlinin yaradıcılığından bəhs etmişdir.

Qeyd olunmuşdur ki, milli rəssamlığımızın inkişafında özünəməxsus rol oynayan, Azərbaycanın təsviri sənətinə milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərli 1922-ci il fevral ayının 7-də 30 yaşında dünyaya vida etmişdir. Dünyadan nakam getmiş rəssam özündən sonra xalqına dəyərli irs qoymuşdur. 

Vurğulanmışdır ki, Azərbaycan incəsənəti tarixini yeni ideyalarla zənginləşdirən Bəhruz bəy Kəngərliyə həsr olunmuş çoxsaylı ədəbi nümunələr təsviri və tətbiqi sənət əsərləri vardır. Həyatdan vaxtsız getmiş böyük sənətkarın yaradıcılığı ədəbiyyat və incəsənət nümayəndələrinin diqqətini cəlb etmiş, görkəmli rəssam haqqında şeirlər, nəsr və dram əsərləri yazılmışdır. Eyni zamanda Naxçıvana həsr olunmuş poetik nümunələrin bir çoxunda Bəhruz Kəngərlinin adı çəkilir, rəssamdan iftixarla bəhs edilir. Bəhruz Kəngərli portret və mənzərə janrında, tarixi mövzuda yaratdığı ölməz əsərləri ilə Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır.

Sonra Naxçıvanlı şairlərin çıxışları dinlənilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Elxan Yurdoğlu, Təranə Arifqızı, Sona Amal, Əzizə Həsənova, Rahilə Nuriyeva,  Rəqsanə Tapdıqqızı, şairlər Dilbər Şahbuzlu, Süsən Əliqızı Bəhruz Kəngərliyə həsr olunmuş şeirlərini səsləndirmişlər. 
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilmişdir.