Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Bəstəkar Nazim Quliyevə həsr olunmuş “Naxçıvan şikəstəsi” adlı yaradıcılıq gecəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevə həsr olunmuş “Naxçıvan şikəstəsi” adlı yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova bəstəkarın çoxşaxəli yaradıcılıq yoluna nəzər salaraq onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən ətraflı bəhs edib. Bildirilib ki, bəstəkar indiyədək 200-dən artıq iri və kiçikhəcmli musiqi əsərinin müəllifidir. Eyni zamanda pedaqoji fəaliyyəti ilə də gənc bəstəkar və musiqiçilərin yetişməsində mühüm rol oynayaraq milli musiqi məktəbinin inkişafına layiqli töhfələr verməkdədir.
Yaradıcılıq gecəsində Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri “Naxçıvan şikəstəsi” adlı konsert proqramı ilə çıxış edib. Konsert orkestrin dirijoru və bədii rəhbəri, Prezident mükafatçısı Hakim Məmmədlinin və  Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Elman Əliyevin rəhbərliyi ilə təqdim olunub. Həmçinin Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Azərbaycan və Özbəkistan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədova, Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Ruhiyyə Hüseynova, Zülfüqar Mahmudov, Prezident mükafatçısı Nərmin Hüseynova, eləcə də Habil Qasımov, Fatimə Hüseynova, Afət Babayeva, Arzu Əmiyeva, Aqil Adilzadə, Leyla Kərimli, İmmi Vəliyevanın ifalarında “Nəqşi-cahanım”, “Dağlar küsüb”, “Yavrum adın nədir”, “Ordubad”, “İrəvan şikəstəsi” və digər musiqi nömrələri səsləndirilib. Qeyd edək ki, tədbirin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev, rejissoru Mir Qabil Əkbərov olub.
Sonda mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Nazim Quliyevi təbrik edib, hədiyyələr təqdim ediblər.