Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Bakı şəhərində keçirilən festivalda Naxçıvan şagirdlərinin əl işləri nümayiş olunub

Dənizkənarı Bulvarda Uşaq İncəsənət Festivalı çərçivəsində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" nə həsr olunmuş konsert və əyləncəli proqram keçirilib.
Tədbirdə 2023- cü ildə keçirilən "I Uşaq İncəsənət Festivalı"nın qalibləri tanınmış sənətçilərlə eyni səhnəni bölüşüb, istedadlı şagirdlərin əl işlərindən ibarət guşələr yer alıb.
Eləcə də "Uşaq İncəsənət Festivalı-2023"-də fortepiano nominasiyası üzrə 3-cü yerin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə V sinif şagirdi Turan Abdullayevin də əl işləri nümayiş olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi eləcə də Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Xatırladaq ki, Naxçıvanda "Uşaq İncəsənət Festivalı"nın 1-ci turuna yekun vurulub. Festivalda iştirak etmək üçün 1000- dən artıq şagird qeydiyyatdan keçib.