26 may 2025-ci il tarixdə Kəngərli Rayon Mədəniyyət Sarayında"Konstitusiya və Suverenlik ili" və “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbinin fortepiano ixtisas müəllimi Aygün Babaverdiyevanın sinif konserti keçirilib.
Konsertdən öncə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin səsləndirildiyi konsert proqramında Kəngərli rayon icra hakimiyyəti və digər ictimaiyyət nümayəndələri iştirak edib.
Konsert dinləyicilər tərəfindən alqışla qarşılanıb.
Sonda Kəngərli Rayon Mədəniyyət şöbəsinin müdiri Məhərrəm Əliyev və Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbinin direktoru Ramin İmanlı müəllim və şagirdləri Fəxri Fərmanlarla təltif ediblər.