Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Balakəndə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı təqdim edilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Balakən rayonunda bayram konserti təşkil olunub. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında keçirilən tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi və Balakən Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və təhsil müəssisələri ilə iş sektorunun müdiri Həcərxanım Məmmədova çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, ölkədə mədəniyyətin və gənc istedadların inkişafına göstərilən diqqətdən danışıb.
Konsert proqramında Naxçıvan Dövlət Uşaq Filarmoniyasının kollektivi və “Buta Naxçıvan” xalq çalğı alətləri ansamblı çıxış edərək milli musiqimizin zəngin ənənələrini tamaşaçılara təqdim edib. Prezident mükafatçısı Əbülfəz Məmmədovun rəhbərliyi ilə təqdim olunan musiqi nömrələri maraqla qarşılanıb. Məcid Hüseynovun, Namiq Vəliyevin, Kadir Çetinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının artisti, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin solisti Ərəstun Quliyevin ifa etdiyi vətənpərvərlik və milli ruhlu mahnılarla konsert proqramına xüsusi rəng qatıb. Naxçıvan Dövlət Uşaq Filarmoniyasının “Fidanlar” rəqs qrupunun təqdim etdiyi milli rəqslər səhnəyə rəngarənglik gətirib və tamaşaçıların böyük marağına səbəb olub. Tədbirdə Balakənin yerli mədəniyyət kollektivləri də iştirak edərək rayonun çoxəsrlik etnik-mədəni irsini nümayiş etdiriblər. “Cahan” avar xalq kollektivi və “Şəlalə” ingiloy rəqs qrupunun milli rəqsləri, bölgənin tanınmış təmbur ifaçısı Əfqan Rəhmanovun qədim təmbur alətində təqdim etdiyi ifa tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert proqramının sonunda bütün kollektivlərin iştirakı ilə “Yaşa mənim xalqım” musiqi nömrəsi təqdim edilib. Musiqi, rəqs və milli-mədəni dəyərlərin vəhdət təşkil etdiyi tədbir tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bayram konserti Naxçıvan və Balakən arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə, eləcə də uşaqlara və gənc istedadlara göstərilən diqqətin təbliğinə töhfə verib.“Tədbirin sonunda Naxçıvandan gələn qonaqlar adından Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevə üzərində Mömünə Xatın türbəsinin təsviri toxunmuş xalça hədiyyə olunub.”