Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

"Beynəlxalq İnsan Hüquqları Günü"nə həsr olunmuş " Gəlin hüquqlarımızı öyrənək" adlı tədbir keçirilib.

10 dekabr 2024-cü il tarixdə  Culfa Rayon Mədəniyyət Sarayında  "Beynəlxalq İnsan Hüquqları Günü"nə həsr olunmuş " Gəlin hüquqlarımızı öyrənək" adlı tədbir keçirilib. 

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Fizuli Hüseyinli qeyd etmişdir ki, 1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.
İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir.

Daha sonra çıxış edən Culfa Rayon Prokurorunun  köməkçisi ll dərəcəli hüquqşünas Heydər İbrahimli, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi hüquqşünas Ülvi Vəliyev və Mədəniyyət Sarayının metodisti Hüseyn Cəfərli mövzu ilə bağlı çıxış edərək qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu islahatları bütün sahələrdə inamla davam etdirən dövlətimizin başçısı İlham Əliyev ötən müddətdə insan hüquq və azadlıqlarının təminatı istiqamətində də kompleks tədbirlər həyata keçirmişdir. Bu müddətdə ölkədə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının sayəsində insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət kimi ali deyərlər dayanmışdır. Bu gün Azərbaycan hər an dəyişir, inkişaf edir, güclənir. Bu dəyişikliklər insanlarımızın həyata baxışlarına, istək və arzularına ciddi şəkildə öz müsbət təsirini bu gündə göstərməkdədir.
Sonda " Hüquqlarımızı bilək" adlı videoçarx nümayiş olunub