Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Beynəlxalq Uşaq Kitabı Günü” ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbiri əvvəlcə giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Aygün Heydərli açaraq qeyd edib ki, bu gün uşaqların oxuma vərdişlərini təşviq etmək və onlara ədəbiyyatın gözəlliklərini tanıtmaq məqsədilə qeyd olunur. “Beynəlxalq Uşaq Kitabı Günü” çərçivəsində təşkil edilən tədbirlər arasında uşaq kitablarının oxunması, müzakirələr, rəsm sərgiləri və uşaq yazıçıları ilə görüşlər kimi fəaliyyətlər yer alır.
Tədbirdə Kitabxananın direktoru Ruzi Süleymanov “Uşaq kitablarının tarixi” adlı çıxışında bildirib ki, “Beynəlxalq Uşaq Kitabı Günü” uşaqlara kitabları sevdirərək onların yaradıcı düşüncələrini və təxəyyüllərini inkişaf etdirməyə çalışır. Bu günün qeyd olunması, həm də uşaq ədəbiyyatının müxtəlif cəmiyyətdə və mədəniyyətdə necə fərqli inkişaf etdiyini göstərmək üçün bir fürsətdir.
Sonra Kitabxananın Kitabsaxlama şöbəsinin müdiri Nazlı İsayeva “Bəşər ailəsinin ən gənc üzvləri və kitab” mövzusunda çıxış edərək qeyd edib ki, bəşər ailəsinin ən gənc üzvüləri uşaqlardır və onlara kitablara maraq göstərmək, oxumağı sevdirən mənbələr önəmlidir.
Tədbir viktorina keçirildikdən sonra video slayd nümayişi və sərgiyə baxışla yekunlaşıb.
Sonda balaca oxucuların hər birinə kitab hədiyyə olunub.