Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

"Böyük demokrat Cəlil Məmmədquluzadə -157" mövzusunda dəyirmi masa keçirilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində dramaturq, publisist, '' Molla Nəsrəddin'' ədəbi məktəbinin, tənqidi realizmin banisi,görkəmli yazıçı Cəlil Məmmədquluzadənin anadan olmasının 157-ci ildönümünə həsr olunmuş dəyirmi masada Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova " Cəlil Məmmədquluzadə yaradıcılığının Ədəbiyyat Muzeyi vasitəsilə təbliği",Naxçıvan Dövlət Universiteti Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti,Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi,filalogiya üzrə fəlsəfə doktoru İman Cəfərli
"Cəlil Məmmədquluzadə və cəmiyyət",Naxçıvan  Dövlət  Universiteti Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Gülay Tahirli "Cəlil Məmmədquluzadə və ictimai vicdan anlayışı", Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Aytən Ələkbərova "Cəlil Məmmədquluzadə: Satira ilə cəmiyyətin aynası",Cəlil Məmmədquluzadənin Nehrəm Qəsəbəsindəki  Xatirə  Muzeyinin direktoru Gülnarə Sadıqova "Poçt qutusu əsərinin təhlili", Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin  direktoru "Cəlil Məmmədquluzadə və milli oyanış" mövzularında çıxışlar ediblər.
Tədbirin sonunda Cəlil Məmmədquluzadəyə həsr olunmuş sərgiyə baxış keçirilib.