Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Bu gün poeziyamızın Vətən sevgisini sözə, sözü isə mənəvi amala çevirən Xalq şairi – İstiqlal ordenli Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimovun) doğum günüdür.

14 oktyabr 1933-cü ildə  Şahbuz rayonunun Nursu kəndində dünyaya gələn Məmməd Araz yaradıcılığı ilə Vətən, torpaq, milli yaddaş və azərbaycançılıq duyğularını poeziyamızın ən uca dəyərlərinə çevirib. 

Ümummilli Liderimiz Heydər Əliyev Məmməd Arazın yaradıcılığına böyük ehtiram göstərib, şairin Azərbaycan ədəbiyyatındakı yerini və milli düşüncənin formalaşmasındakı rolunu daim yüksək qiymətləndirib. 

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Xalq şairinin yaradıcılığına yüksək dəyər verir, ədibin yubileyləri dövlət səviyyəsində qeyd olunur, zəngin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atılır.  

Vətənpərvər şairin  hər misrası onun  dəyişməz amalını – Vətəni sevmək və ucaltmaq əzmini yaşadır: 
Yazmışam hər şeyi könül naməmə, Bircə bu günahım bağışlanacaq. Neylədim – Vətəni sevmək naminə, Ucaltmaq naminə elədim ancaq...