Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Bu Sərəncam qədim Naxçıvanın memarlıq ənənələrinin yaşadılması və milli irsimizin qorunması baxımından böyük əhəmiyyət daşıyır

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncama əsasən Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinin davam etdirilməsi üçün 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə 9 566 000 (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.
Sərəncamla bağlı “Şərq qapısı” qəzetinə açıqlama verən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov bildirib ki, ölkə rəhbəri tərəfindən tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət nəticəsində bu sahədə ciddi işlər aparılır: "Ayrılan vəsait sayəsində abidədə aparılan bərpa və konservasiya işləri davam etdiriləcək, türbənin memarlıq bütövlüyünün qorunması, konstruktiv dayanıqlığının möhkəmləndirilməsi və tarixi görkəminin bərpa olunması təmin ediləcəkdir. Bu Sərəncam həm də qədim Naxçıvanın memarlıq ənənələrinin yaşadılması və milli irsimizin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Əminliklə demək olar ki, həyata keçirilən bərpa və konservasiya işləri nəticəsində Möminə xatun türbəsinin möhtəşəm siması qorunaraq gələcək nəsillərə çatdırılacaq, eyni zamanda Naxçıvanın və Azərbaycanın zəngin mədəni irsinin dünyaya tanıdılmasına mühüm töhfə verəcəkdir”.
Mədəniyyət və mədəni irs şöbəsinin müdiri qeyd edib ki, İlham cənab Əliyev tərəfindən 2025-ci 22 may il tarixdə imzalanmış Sərəncama əsasən Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsində bərpa və konservasiya işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 (bir) milyon manat vəsait ayrılmışdır: “Bu gün isə dövlət başçısının növbəti Sərəncamı ilə abidədə aparılan bərpa və konservasiya işləri davam etdiriləcək.