Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 144-cü teatr mövsümünün açılışına hazırlaşır.

1883-cü ildən fəaliyyət göstərən sənət ocağı yeni mövsümdə də rəsmi tərəfdaşlıqlar, premyeralar və beynəlxalq layihələrlə teatrsevərlərin qarşısına çıxır. Mövsümün təntənəli açılış günü teatrın həyatında vacib addımla yadda qalacaq. Açılış mərasimində Naxçıvan Dövlət Milli Dram Teatrı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında rəsmi əməkdaşlıq sazişi imzalanacaq. Bu sənəd iki böyük səhnə arasında təcrübə mübadiləsi və birgə layihələr üçün yeni imkanlar açır. Tədbirin bədii hissəsində teatrın truppası Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərini təqdim edəcək. Səhnə əsərində mistik və mənəvi-əxlaqi motivlər müasir teatr yanaşması ilə sintez olunub.

İmzalanacaq saziş çərçivəsində teatrın Bakıya qastrol səfəri də planlaşdırılır. Dahi dramaturq Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümü münasibətilə Naxçıvan teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının   səhnəsində ədibin ölməz "Ana" dramını nümayiş etdirəcək. Bu səfər Cavid irsinə ehtiram və paytaxt tamaşaçıları üçün mühüm mədəniyyət hadisəsi olacaq.

Milli dramaturgiya ilə yanaşı, repertuarda dünya klassikasına da xüsusi yer verilir. İlin sonunadək antik dövrün paslanmaz nümunəsi – Sofoklun "Tiran Edip" faciəsinin təhvil verilməsi nəzərdə tutulur. Eyni zamanda, teatrın mövsüm ərzində bir sıra beynəlxalq teatr festivallarında iştirakı da gündəlikdədir. Sənət ocağı fəaliyyət proqramını "Azərbaycan Mədəniyyəti – 2040 Konsepsiyası" strategiyasına uyğun qurur. Bu çərçivədə teatr idarəçiliyində rəqəmsallaşma, gənc rejissor və aktyorların dəstəklənməsi, eləcə də teatrın inklüzivliyinin artırılması istiqamətində işlər davam etdirilir. 144 illik şərəfli tarixə arxalanan Naxçıvan Dövlət Milli Dram Teatrı zəngin ənənələrinə sadiq qalaraq müasir sənət üfüqlərinə doğru inamla irəliləyir.