Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin 60 illik yubileyi münasibətilə "Mədəniyyət məbədi-Ədəbiyyat Muzeyi 60" mövzusunda tədbir keçirilib

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Qumral Əsədova açaraq Muzeyin tarixindən bəhs edib.
Tədbirdə muzeyin direktoru Aləmzər İbrahimova "Ədəbiyyatın işığında-60 il "mövzusunda çıxış edərək qeyd edib ki, muzey keçdiyi 60 il ərzində mədəniyyətimizin, ədəbiyyatımızın keşiyində durmuşdur. Qədim dövrdən ta müasir dövrədək Azərbaycan ədəbiyyatını özündə yaşatmış və təbliğ etmişdir.
Tədbirdə çıxış edənlər - Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Asim Yadigar, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Rövşən Hüseynov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şair , publisist Qafar Qənbərov, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu , Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq , arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri Məmməd Əliyev, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova , Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov muzeyin kollektivini yubiley münasibətilə təbrik ediblər.
Sonra muzeyin baş fond mühafizəçisi Günel Novruzova Ədəbiyyat Muzeyinin fondunun fəalliyyəti haqqında məlumat verib.
Tədbirin bədii hissəsində isə muzeyin kiçik elmi işçisi N.Nuriyeva muzeyin təəssürat kitablarında dəyərli şair və yazıçıların muzey haqqında qeyd etdikləri fikirləri səsləndirib, muzeyin ekskursiyaçısı A.Hümbətova və T. Əkbərova şeirlər qiraət ediblər.
Tədbirin davamında Naxçıvan Regional Mədəniyyət İdarəsinin Musiqi Kollektivinin ifasında musiqi nömrələri səsləndirilib.
Sonda "Ədəbiyyat muzeyi-60"başlıqlı sərgiyə baxış keçirilib.