Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Cəlil Məmmədquluzadənin anadan olmasının 156-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində dramaturq, publisist, '' Molla Nəsrəddin'' ədəbi məktəbinin, tənqidi realizmin banisi,görkəmli yazıçı Cəlil Məmmədquluzadənin anadan olmasının 156-cı ildönümünə həsr olunmuş "Görkəmli yazıçı və böyük demokrat Cəlil Məmmədquluzadə -156" mövzusunda tədbir keçirilib. 
 Muzeyinin direktoru Aləmzər İbrahimova " Cəlil Məmmədquluzadə yaradıcılığına dövlət qayğısı və Naxçıvanda  Cəlil Məmmədquluzadə muzeyləri"  mövzusunda çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində C.Məmmədquluzadənin ədəbi-mədəni irsinə qayğı ilə yanaşmış , bu irsin nəinki ölkədə ,hətta ölkə hüdudlarından kənarda da təbliği istiqamətində bir çox tədbirlərin hazırlanıb keçirilməsinin təşəbbüskarı olmuşdur. Ulu öndərin Cəlil Məmmədquluzadə irsinə qayğı sahəsindəki nəcib əməlləri onun varisləri tərəfindən də bu gün uğurla davam etdirilir.
 Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Asim Əliyev "Cəlil Məmmədquluzadə  yaradıcılığı" mövzusunda çıxış edərək kiçik hekayənin böyük ustadı kimi tanınan ədibin "Dəllək","Qurbanəli bəy","Yuxu","İranda hürriyyət","Xanın təsbehi","Quzu","İki alma"və b.hekayələrinin nəsrimizin dəyərli nümunələri kimi bu gün də maraqla oxunan əsərlər olduğunu vurğulayıb.
 Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsinin Ədəbiyyatşünaslıq şöbəsinin müdiri  Ramiz Qasımov ''Mirzə Cəlilin vətəndaşlıq məfkurəsi" mövzusunda çıxış etmiş  və Cəlil Məmmədquluzadənin ədəbiyyatımıza gətirdiyi yeniliklərdən geniş şəkildə bəhs edib.
 Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin "Poçt qutusu "hekayəsinə hazırladığı səhnəcik göstərilib.
 Sonda Cəlil Məmmədquluzadəyə həsr olunmuş guşəyə baxış keçirilib.