Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Cəmşid Naxçıvanski Muzeyində Sənədli Film Çəkilir

Cəmşid Naxçıvanski Muzeyinin ekspozisiyası sənədli film çəkilişləri üçün ideal məkandır. Müstəqillik dövründə muzeyin dekorasiyasından və fond materiallarından istifadə olunaraq bir-neçə sənədli filmin çəkilişinə rəvac verilib.
Hal-hazırda Naxçıvan Televiziyasının layihəsi olan “Milli məfkurəmizin Əli bəy Hüseynzadəsi” adlı sənədli filmin müvafiq çəkilişləri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Cəmşid Naxçıvanski Muzeyinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski Muzeyində həyata keçirilir.
Filmin ssenari müəllifi Vaqif Ağalarov, rejissor Vüqar Mehdiyevdir. Layihənin rəhbəri Müzəffər Əsgərovdur.