Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Cənnətin iqamətgahı” — yaddaş, məkan və musiqinin sintezi

Azərbaycanın mədəni irs xəritəsində xüsusi yer tutan Ordubad haqqında “Cənnətin iqamətgahı” adlı sənədli-etnoqrafik-musiqili filmin istehsalına başlanır. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ISESCO-nun tərəfdaşlığı və Real Təhlil İnformasiya Mərkəzinin dəstəyi ilə Azernyumedia tərəfindən həyata keçirilir.
Film məkanın tarixini yalnız vizual deyil, həm də “eşidilən” və “hiss edilən” təcrübəyə çevirərək mədəni yaddaşın vizual-akustik rekonstruksiyası kimi təqdim olunur. Layihə Ordubadın zəngin tarixi, etnoqrafiyası, çoxqatlı adət-ənənələri və islam mədəniyyətinin izlərini kompleks şəkildə əks etdirməyi hədəfləyir.
Çəkilişlər 2026-cı ilin mayında başlanacaq. Ekran əsəri klassik sənədli yanaşmadan fərqli olaraq etnoqrafiya ilə musiqini vahid dramaturji xəttdə birləşdirir. Şəhərin məhəllələri, dini-memarlıq abidələri və təbii landşaftı tarixi yaddaşın canlı hissəsi kimi təqdim edilir.
Filmdə səslənəcək “Mingis”, “Ambaras”, “Sərşəhər” kimi bayatılar məkanın kollektiv yaddaşı ilə emosional bağ yaradır. Çəkilişlər Ordubad Came məscidi də daxil olmaqla autentik məkanlarda aparılacaq.
Filmin xronometrajı təxminən 45 dəqiqədir. İstehsalın yayda tamamlanması və beynəlxalq platformalarda nümayişi planlaşdırılır.
Ordubadın mədəni statusu dövlət siyasətində mühüm yer tutur: şəhərə 1977-ci ildə Heydər Əliyev tərəfindən qoruq statusu verilib, 2024-cü ildə isə İlham Əliyev-in sərəncamı ilə Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. 2026-cı ilin fevralında şəhərin ISESCO-nun ilkin siyahısına daxil edilməsi onun beynəlxalq əhəmiyyətini təsdiqləyir.
Layihə qeyri-maddi irsin qorunması və Azərbaycan mədəniyyətinin beynəlxalq təqdimatı baxımından əhəmiyyətlidir və “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının prioritetlərinə uyğun olaraq mədəni irsin kreativ transformasiyasını nümayiş etdirir.