Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkum valideynlər ilə uşaqlarının görüşü təşkil olunub

Tədbir Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nin qeyd edilməsi,  18 may-18 iyun İnsan hüquqları ayı çərçivəsində və 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov bayram münasibətilə uşaqları və onların valideynlərini təbrik edərək Ümummilli Liderimiz Heydər Əliyevin başlatdığı uşaq siyasətinin dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan,  azad olunmuş torpaqlarımızda uşaqlarımızı nəzərə alaraq, ilk növbədə, məktəb və uşaq bağçalarının, idman meydançalarının tikilməsindən danışaraq, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyinin təbriklərini tədbir iştirakçılarına çatdırıb.

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” ansamblı konsert proqramı ilə çıxış edib, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla teatrının şən klonları tədbiri canlandıraraq  uşaqlar üçün əyləncəli və yaddaqalan ediblər.

 Uşaqların yaradıcı potensialını, şəkil çəkmək bacarıqlarını nümayiş etdirmələri üçün onlara rəngli qələmlər və albomlar hədiyyə olunub. Onlar valideynləri ilə birlikdə rəsm çəkərək əyləncəli vaxt keçiriblər. Sonda  Penitensiar Xidmətin rəhbərliyi tərəfindən uşaqlara bayram münasibətilə  müxtəlif hədiyyələr verilib.

Qadın məhkumlara uzaqda olan uşaqları ilə videogörüntü vasitəsilə əlaqə saxlamaq şəraiti də yaradılıb ki, onlar da öz övladlarının bayramını təbrik etməyə müyəssər olublar. Tədbirdə 12 nəfər məhkum və 14 uşaq iştirak edib.