Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

"Cahan" Şirkətlər Qrupu 30 illik yubileyi və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarına həsr olunmuş xüsusi sosial tədbir keçirib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Mərasimdə millət vəkili, şəhid anası Gülşad Rüstəmli, uşaq yazıçısı, riyaziyyat üzrə fəlsəfə doktoru Reyhan Yusifqızı, filologiya elmləri doktoru, Altun Kitab nəşriyyatının direktoru Rafiq İsmayılov, rejissor, Kinematoqrafçılar İttifaqının katibi Tahir Tahiroviç və tarix elmləri doktoru, professor Sevinc Abbasova çıxış ediblər.
Tədbir çərçivəsində şəhid övladlarına hədiyyələr və kitablar təqdim olunub, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin musiqi məktəblərinin ifasında konsert proqramı təşkil edilib.
Layihə “Cahan” Şirkətlər Qrupunun sponsorluğu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Dövlət Universitetinin və "SEVİNC" İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Tədbir uşaqlara diqqət və qayğının dövlət, cəmiyyət və biznes sektorunun birgə əməkdaşlığı ilə necə dəyərə çevrilə biləcəyini bir daha nümayiş etdirib.