Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Cari ildə Naxçıvanda fəaliyyət göstərən muzeylərə 3000-ə yaxın eksponat daxil olub

azırda Naxçıvan Muxtar Respublikasında 1 rəsm qalereyası və 28 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 130 minə yaxın eksponat toplanılıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli “Şərq qapısı”na açıqlamasında bildirib ki, muzey fondlarının mütəmadi  zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır: “Ötən il muxtar respublikanın muzeylərinə 1199 yeni eksponat daxil olub. Cari ilin 11 ayında isə muzeylərimiz 2948 yeni eksponatla zənginləşdirilib, qeyd olunan tarix üzrə 333 mindən çox insan tərəfindən muzeylərimiz ziyarət olunub. Muzey eksponatları isə müxtəlif xalqların mədəniyyətində baş verən hadisələrin və proseslərin əyani göstəricisidir. Həmçinin onlar tarixi dövrlər arasında əlaqə rolunu oynayır, keçmişdən müasir zamana inteqrasiya edirlər”.