Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Culfa Rayon Mədəniyyət şöbəsinin müdiri Pərvin Həsənov, Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsal Möhbalızadə, Culfa Rayon Mədəniyyət Sarayının direktoru Səriyyə Salahova tədbirdə çıxış edərək bildiribər ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əsrin Adamı” filmi nümayiş olunub, şeirlər səsləndirilib.