Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Culfa Rayon Mədəniyyət Sarayında “İnsan hüquqları cəmiyyətin təməlidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində 11 iyun 2026-cı il tarixdə Culfa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin iştirakı ilə Rayon Mədəniyyət Sarayında “İnsan hüquqları cəmiyyətin təməlidir” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi gənclər arasında insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi, vətəndaşlıq mövqeyinin formalaşdırılması və cəmiyyətdə hüquqi dövlət prinsiplərinin təşviq edilməsi olub.
Tədbiri giriş sözü ilə açan Culfa Regional Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədov “İnsan Hüquqları Aylığı”nın əhəmiyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, hər il 18 may – 18 iyun tarixləri ölkəmizdə insan hüquqlarının təbliği, vətəndaşların hüquqi maarifləndirilməsi və əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılması məqsədilə “İnsan Hüquqları Aylığı” kimi qeyd olunur. Bu müddət ərzində respublikanın müxtəlif şəhər və rayonlarında seminarlar, görüşlər, müzakirələr və maarifləndirici tədbirlər təşkil edilir.
Daha sonra Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Elmar Həsənov, Culfa Rayon Prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Heydər İbrahimli, Culfa Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Aysel Rəcəbova və Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülər Əhmədova çıxış ediblər.
Çıxışlarda insan hüquqlarının cəmiyyətin inkişafında, sosial ədalətin təmin edilməsində və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, insan hüquqları hər bir şəxsin doğulduğu andan malik olduğu fundamental hüquq və azadlıqlardır və onların təmin olunması dövlətin əsas vəzifələrindən biridir.