Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Ədəbiyyat və incəsənət nümayəndələri ilə görüş keçirilib

      Martın 28-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigarın və Xalq artisti, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Rövşən Hüseynovun 70 illik yubileyləri, Xalq artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Həsən Ağasoyun isə anadan olmasının 66-cı ildönümü münasibətilə məktəblilərlə görüşü keçirilib. Görüş torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsinin anılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Muxtar respublikanın təhsil müəssisələrinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov və Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov görüşün əhəmiyyətindən danışıb, yubilyarları təbrik ediblər. Qeyd olunub ki, mədəniyyətimizin, ədəbiyyatımızın təbliği və tanıdılması məqsədi ilə muxtar respublikanın incəsənət nümayəndələrinin, şair və yazıçıların məktəblilərlə görüşü mütəmadi davam etdiriləcək. 
Asim Yadigar, Həsən Ağasoy və Rövşən Hüseynov sənətlərinə göstərilən diqqətə görən minnətdarlıq ediblər.
Ardından  şair Asim Yadigara Azərbaycan ədəbiyyatının inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə, xalq artistlərinə isə teatr sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Fərman,Təhsil Nazirliyi tərəfindən isə hədiyyə təqdim olunub.
Görüş bədii hissə ilə davam edib.