
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə "Dəmir yumruğun nağılı" yazı müsabiqəsi start götürür!
Müsabiqənin məqsədi "Dəmir Yumruq" rəmzinin ifadə etdiyi milli birlik, həmrəylik, dövlətçilik və qələbə ruhunu uşaqlara nağıllar vasitəsilə aşılamaqdır.
Müsabiqə materialları iki formada – şəxsən və elektron qaydada təqdim edilə bilər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər yazılarını 3 noyabr 2026-cı il tarixinədək elektron poçt vasitəsilə office@nculture.gov.az ünvanına və ya şəxsən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə təqdim etməlidirlər.
Ətraflı: Əsasnamə keçid linki