
Mayın 19-da Ordubad Şəhər Uşaq Musiqi Məktəbində "Konstitusiya və Suverenlik ili" çərçivəsində Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunmuş konsert keçirilib.
Əvvəlcə məktəbin direktoru Zülfiyyə Seyidova çıxış edərək Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, musiqi sahəsinə verdiyi töhfələrdən bəhs edib.
Daha sonra konsert proqramı təqdim edilib. Şagirdlərin ifasında səsləndirilən rəngarəng musiqi nömrələri tamaşaçılarda xoş ovqat yaradıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 3 fevral 2025-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə Sərəncam imzalayıb.
